Azad Demokratlar Partiyasının mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, bu gün Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasında Azad Demokratlar Partiyasının dövlət qeydiyyatı ilə bağlı kassasiya şikatətinə baxılıb.
Məhkəmədə iddiaçı tərəfin nümayəndələrinin- partiya sədri Sülhəddin Əkbərin və vəkil Fuad Ağayevin çıxışları dinlənildikdən sonra, kollegiya heyəti qərar qəbulu üçün müşavirəyə gedib. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası, müşavirədən sonra, əlavə müzakirələr üçün məhkəmənin 13 may 2015-ci il saat 11.00- da davam etdirilməsi haqqında qərar qəbul edib.