XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 January 2019 - 10:05

ABŞ-da azərbaycanlı iş adamı güllələndi –Cinayətkar hələ də yaxalanmayıb

Bu gün ABŞ-ın Şimali Karolina ştatında Şərqi Çarlotte şəhərində «Fixer Electronic Repair» dükanının sahibi 29 yaşlı həmyerlimiz Elçin Xəlilov iş yerində güllələnib.

Strateq.az xəbər verir ki, bu barədə ABŞ-da yaşayan iqtisadçı alım Qubad İbadoğlu məlumat verib. O bildirib ki, yaralı xəstəxanada vəfat edib: “Şahidlərin dediyinə görə, onu güllələyən mağazadan oğurluq etmək istəyən şəxs olub. Hazırda axtarışlar davam etsə də cinayətkar hələ də yaxalanmayıb. 
Elçin Xəlilov mobil telefonların təmiri və satışı ilə məşğul idi. Bir neçə il öncə vətəni qazanc dalınca tərk edib, ABŞ-a köçmüşdü. Allah rəhmət etsin, əzizlərinə səbr versin”.