XƏBƏR LENTİ

25 Yanvar 2021
24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

15 Yanvar 2019 - 10:50

Əbülfəs Qarayev Xızıya gedir –Qəbul

Mədəniyyət naziri Əbülfəs Qarayev Xızı şəhərində vətəndaşları qəbul edəcək.

Nazirlikdən Strateq.az-a verilən xəbərə görə, nazir yanvarın 25-də saat 11:00-da Heydər Əliyev Mərkəzində (Heydər Əliyev küçəsi, 37 ) keçiriləcək görüşdə Sumqayıt şəhəri, Abşeron, Xızı, Zəngilan, Qubadlı və Şuşa rayonlarının sakinləri iştirak edə bilər.

Vətəndaşların nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (çağrı mərkəzi): 147 və ya (012) 493-92-17 (əlaqələndirici şəxs: Pərviz İsgəndərli – Regional siyasət şöbəsinin müdiri) və (012) 493-55-21 nömrəli telefonlar vasitəsi ilə qəbula yazılmaları mümkündür.

Qəbula gəlmək istəyən vətəndaşlar həmçinin adları çəkilən şəhər və rayonların mədəniyyət şöbələri ilə əlaqə saxlaya bilərlər.