XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

15 Yanvar 2019 - 13:01

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycana gələcək –Səfirlik səfərin gündəliyini açıqladı

İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Hoseyn Bageri sabah Bakıya gələcək.

İranın Azərbaycandakı səfirliyindən “Report”a verilən məlumata görə, ikigünlük səfər çərçivəsində M.H.Bagerinin Azərbaycanın Prezidenti, Baş naziri və Parlament sədri ilə görüşlər keçirəcəyi planlaşdırılıb.

Hərbi və sərhəd sferalarında əməkdaşlığın inkişafı, terrorla mübarizə və regionun inkişafı məsələləri müzakirə ediləcək.

Səfərin yekununda iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq üzrə anlaşma memorandumunun imzalanması gözlənilir.