XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

15 Yanvar 2019 - 16:34

Ermənistanda “donuz qripi”… –Daha bir nəfər öldü

Ermənistanda H1N1 tipli “A” qripindən (“donuz qripi”) ikinci ölüm halı qeydə alınıb.

Bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən bildiriblər.

“62 yaşlı kişi ürək çatışmazlığından vəfat edib. O, H1N1 tipli “A” qripinə yoluxmuşdu. Kişi həkimlərə gec müraciət edib”, – məlumatda deyilir.

Qeyd edək ki, ötən həftə də bir qadın ölüb.

Ermənistan Səhiyyə Nazirliyinin mütəxəssisləri uşaq bağçaları və məktəblərdə monitorinq aparmaqda davam edirlər.

Daha əvvəl Ermənistanda 10-dan çox “donuz qripi”nə yoluxma halı qeydə alınıb.

Report