XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

15 Yanvar 2019 - 18:33

Müdafiə Nazirliyinin tibb xidməti rəisləri toplandı –Müzakirə

Yanvarın 15-də Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin, tibb hərbi hissə və müəssisələrinin komandirləri (rəisləri), birlik və birləşmələrin tibb xidməti rəislərinin iştirakı ilə 2018-ci tədris ilinin yekununa həsr olunmuş təlim-metodiki toplanış keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, toplantıda çıxış edən müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev bildirib ki, ötən il ərzində ordu quruculuğunun bütün istiqamətlərində olduğu kimi, hərbi tibb sahəsində də qarşıya qoyulan tapşırıqlar uğurla yerinə yetirilib: “Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində hərbi qulluqçuların sosial-məişət şəraitinin gündən-günə yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlər davam etdirilir”.

Nazir müavini görülən tədbirlərin ordumuzda şəxsi heyətin sağlamlığının qorunmasında müstəsna rol oynadığını, eyni zamanda, xəstəliklərin vaxtında aşkarlanması və profilaktik işlərin aparılması üçün həkimlərin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib.

General-leytenant K.Vəliyev hərbi həkimlərin bundan sonra da vəzifələrinin öhdəsindən bacarıqla gələcəklərinə əminliyini ifadə edərək, 2019-cu ildə tibb sahəsində görüləcək işlərlə bağlı müdafiə nazirinin müvafiq tapşırıqlarını vəzifəli şəxslərə çatdırıb.

Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyev çıxışında 2018-ci ilin hazırlıq planına uyğun olaraq şəxsi heyətin tibb təminatına aid nəzərdə tutulmuş tapşırıqların bütövlükdə yerinə yetirildiyini, tibb hərbi hissə və müəssisələrin müasir diaqnostik cihazlarla komplektləşdirilərək xəstələrin tam müayinə olunmasına imkan yaradıldığını vurğulayıb.

Sonra tədbirdə 2018-ci tədris ilinin yekununa əsasən müalicə-profilaktika işinin vəziyyəti, bu sahədə görülən işlər və həyata keçirilən tədbirlərin nəticələri barədə məruzələr dinlənilib, 2019-cu ildə qarşıda duran vəzifələr müzakirə edilib.