XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

15 Yanvar 2019 - 20:52

Sabah Bakının bu ərazilərində qaz olmayacaq –Xəbərdarlıq

Bakının Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.

Strateq.az “Azəriqaz” İstehsalat Birliyinə istinadən bildirir ki, istehlakçıların təhlükəsiz və dayanıqlı təbii qaz təchizatının təmin edilməsi məqsədilə Qaz Paylayıcı Stansiyadan qidalanan orta təzyiqli qaz kəmərinin istismara yararsız hissəsinin yeni çəkilmiş diametri 400 millimetrlik polietilen qaz kəməri ilə əvəz olunması ilə əlaqədar yanvarın 16-da saat 09:00-dan təmir işləri tamamlananadək Xətai rayonunun H.Aslanov, NZS qəsəbələri və K.Kərimov, D.Səfərov, M.Davud küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq: “Görülən zəruri təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin olunacaq”.