XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

16 Yanvar 2019 - 17:57

“YouTube” istifadə qaydalarını sərtləşdirdi:"Bu videolar dərhal silinəcək"

“YouTube” videohostinqinin rəhbərliyi həyat üçün təhlükəli çağırış (challenge) və zarafat (prank) yerləşdirməyə qadağa qoyub.

“Report” xəbər verir ki, bu barədə belə videoların dərhal silinəcəyi bildirilən bloqda göstərilir: “Həyat üçün təhlükə yaradan challenge-ləri, təhlükəli vəziyyət təəssüratı yaradan, uşaqlarda ciddi həyəcan yaradan prankları qadağan etdiyimizi nəzərə çatdırmaq üçün istifadəçi göstərişlərini yeniləmişik”.

Hostinqin bloqunda “Tide” yuyucu toz olan kapsullarının çeynənildiyi “Tide Pod Challenge”, yanacaq mayeni üzərlərinə töküb yandırdığı və bunu videoya çəkdiyi “Fire Challenge” kimi kliplərə “YouTube”in bağlı olduğu diqqətə çatdırılır.

Bununla yanaşı, spam, zərərli proqram, porno kimi materialların linklərini də yerləşdirməyə qadağa qoyulur. Yeni qaydaları pozanlara xəbərdarlıq verilir. Üç xəbərdarlıq alanların hesabları silinir.