XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

16 Yanvar 2019 - 18:17

Azərbaycana küləklə birlikdə donuz qripi virusu gəlib?- Səhiyyə Nazirliyindən açıqlama

“Sosial şəbəkələrdə küləklə birlikdə Azərbaycana donuz qripi virusunun gəlməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil. Ölkəmizdə bu virus yayılmayıb”.

Bunu Trend-ə Səhiyyə Nazirliyindən sosial şəbəkələrdə Azərbaycana küləklə birlikdə donuz qripi virusunun gəlməsi barədə yayılan məlumatlara münasibət bildirərkən deyiblər.

Nazirlik qeyd edir ki, ümumtəhsil müəssisələrində dərslərin dayandırılması Ekologiya və Təbii Sərvətlər Nazirliyinin havanın kəskin şəkildə dəyişməsi barədə verdiyi xəbərdarlıqla əlaqəlidir:

“Vətəndaşlardan xahiş olunur ki, təxribata uymasınlar. Ölkədə epidemioloji durum tam nəzarət altındadır”.