XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

16 Yanvar 2019 - 18:03

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirliyində operativ qərargah yaradılıb- Hava ilə əlaqədar

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə 16-18 yanvar tarixinə proqnozlaşdırılan hava şəraiti ilə əlaqədar nazirliyin tabeliyindəki qurumların rəhbərləri ilə görüş keçirib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, R.Quluzadənin rəhbərliyi ilə operativ qərargah yaradılıb.

Əhalinin nəqliyyat, telekommunikasiya, poçt, o cümlədən internet, mobil rabitə xidmətləri, radio-televiziya yayımı ilə fasiləsiz şəkildə təmin edilməsinə dair müəssisə rəhbərlərinə tapşırıqlar verilib.

Nəqliyyat və rabitə obyektlərinin mühafizəsinin və yanğın təhlükəsizliyinin, eləcə də açıq havada işləyən işçilərin təhlükəsizliyinin təmin edilməsi üzrə müvafiq tədbirlər görülməsi barədə göstəriş verilib.

Qəza xidmət briqadaları hazırlıq vəziyyətinə gətirilib və növbətçi hissələr təşkil edilib.