XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 January 2019 - 15:35

Çavuşoğlu:"Hər şey danışıqlardan sonra bəlli olacaq"

Ankara və Vaşinqton Suriyanın şimalında təhlükəsizlik bölgəsinin yaradılması ilə bağlı danışıqları davam etdirir.

Bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu danışıb.

“Hansı mövzularda fikirlərin üst-üstə düşmədiyi danışıqlardan sonra bəlli olacaq. İki ölkənin baş qərargah rəisləri artıq Brüsseldə danışıqlar aparıb. Onlar ABŞ qoşunlarının Suriyadan çıxarılmasını müzakirə edib. Xarici siyasət idarələrimiz də birgə iş aparır. Təhlükəsizlik bölgəsi dinc sakinlər və terrorla mübarizə üçün lazımdır”, – Çavuşğlu bildirib.  Axar.az