XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

17 Yanvar 2019 - 18:14

Ölkədə “quş qripi” ilə bağlı monitorinqlər aparılır –AQTA-dan açıqlama

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təsdiq etdiyi qrafikə əsasən, ölkə ərazisində yüksək patogenli “quş qripi” xəstəliyinə görə növbəti epizootoloji monitorinqlər aparılır. 

Strateq.az AQTA-ya istinadən bildirir ki, monitorinqlər yanvar ayının 14-də başlayıb və 18-də yekunlaşacaq.

Məlumata görə, monitorinqlər AQTA və regional bölmələrinin, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarının, Kənd Təsərrüfatı, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin əməkdaşlarının iştirakı ilə köçəri quşların müvəqqəti məskunlaşdığı Pirallahı adasındakı Abşeron Milli Parkında, Şabran rayonundakı Ağzıbir ovçuluq təsərrüfatında, Salyan rayonundakı Şirvan Milli Parkında, Ağcabədi rayonundakı Ağgöl Milli Parkında, Lənkəran rayonundakı Qızılağac Dövlət Təbiət Qoruğunda, habelə qeyd olunan rayonlarda ailə, kiçik həcmli kommersiya və sənaye əsaslı quşçuluq təsərrüfatlarında həyata keçirilib: “Həmin ərazilərdə məskunlaşan quşlardan qan nümunələri götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasınada müayinə ediləcək.

Qeyd edək ki, nümunələrin analizinin nəticələri barədə ictimaiyyətə geniş məlumat veriləcək”.