XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

17 Yanvar 2019 - 18:57

Ələt-Astara yolunda daha bir TIR aşdı, detallar açıqlandı- FOTO

Ələt-Astara yolunda daha bir TIR aşıb.

Trend-in məlumatına görə, Türkiyə dövlət nömrə nişanlı yük maşını dəmir arakəsmələrin üzərinə aşıb.

Hadisə şahidləri bildirirlər ki, həmin ərazi yolun ən çox külək tutan yeri olduğundan bu hadisələr məhz orada baş verib.

Xatırladaq ki, bir qədər əvvəl Bakıdan Qobustan istiqaməti ilə hərəkət edən digər bir TIR-ı da güclü külək dəmir arakəsmələrin üzərinə aşırıb. Nəticədə, yük maşınının sürücüsü Türkiyə vətəndaşı, 1968-ci il təvəllüdlü İrkam Şamil xəsarət alıb.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu gün və sabah ölkə ərazisində xüsusi təhlükəli hidrometeoroloji hadisənin olacağı haqqında xəbərdarlıq edib.

Nazirliyin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, yanvarın 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir. Şiddətli şimal-qərb küləyinin əsəcəyi, küləyin maksimal sürətinin 28-33, arabir 35-38 m/s-yə çatacağı gözlənilir.