XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

17 Yanvar 2019 - 19:35

“Azərenerji”:"Yüksək gərginlikli elektrik verilişi xətlərində heç bir problem yaranmayıb"

“Azərenerji” ASC-nin mərkəzi aparatı və bütün müəssisələri hava şəraiti ilə əlaqədar olaraq gücləndirilmiş xüsusi iş rejimində çalışır”. 

Strateq.az xəbər verir ki, bunu “Report”a qurumun Mətbuat mərkəzinin rəhbəri Teymur Abdullayev deyib.

Onun sözlərinə görə, Səhmdar Cəmiyyətin struktur tərkibinə aid olan idarə və müəssisə rəhbərləri yanvarın 17-18-də enerjisistemdə qəza hallarının baş verməməsi və yarana biləcək hər hansı qəza hallarının operativ aradan qaldırılması məqsədi ilə gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirəcəklər: “Enerjisistemdə qəflətən açılmadan itirilə biləcək gücü əvəz etmək üçün fırlanan ehtiyat güc saxlanılır. Bu ana kimi bütün elektrik stansiyaları və yarımstansiyalarda, o cümlədən yüksək gərginlikli elektrik verilişi xətlərində heç bir problem yaranmayıb. Hər şey nəzarət altındadır”.