XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

17 Yanvar 2019 - 20:26

“Tata Steel Masters-2019”:Şəhriyar Məmmədyarov 6-cı turda Maqnus Karlsenlə qarşılaşacaq

Yanvarın 18-də ənənəvi “Tata Steel Masters-2019” şahmat turnirinin altıncı turunun partiyaları oynanılacaq.

Strateq.az Azərtac-a istinadən xəbərdə verir ki, Veyk-an-Zee şəhərində keçirilən turnirin bu turunda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov dünya şahmat tacının sahibi, norveçli Maqnus Karlsen ilə qarşılaşacaq.

Turnirdəki digər təmsilçimiz Teymur Rəcəbov isə Çin şahmatçısı Dinq Liren ilə mübarizə aparacaq.

Beş turdan sonra şahmatçılarımız 2,5 xalla 7-9-cu yerləri bölüşürlər.

Hazırda turnir cədvəlinə 3,5 xalla rusiyalı Yan Nepomnyaşi liderlik edir. Dinq Liren 3,5 xalla ikinci, Maqnus Karlsen isə 3 xalla üçüncüdür.

Xatırladaq ki, ötən gün keçirilən beşinci turda Şəhriyar Məmmədyarov keçmiş dünya çempionu Vladimir Kramnik, Teymur Rəcəbov isə Polşa təmsilçisi Yan Kşiştov Duda ilə heç-heçə ediblər.

Qeyd edək ki, yanvarın 17-si turnirin iştirakçıları üçün istirahət günüdür.