XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

17 Yanvar 2019 - 21:11

Qərargahdan hava durumu ilə bağlı son məlumat:"Dənizdə dalğanın hündürlüyü 9.3 metrə çatıb"

Bu gün saat 21:00-a olan məlumata əsasən, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində şimal-qərb küləyinin maksimal sürəti 26-31 m/s təşkil edir.

Strateq.az Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan Qərargahına istinadən xəbər verir ki, dalğanın maksimal hündürlüyü açıq dənizdə 9,3 metr olub: “Hazırda ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur, dağlıq və dağətəyi rayonlarda qar yağır. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 1-2 dərəcə isti, dağlıq rayonlarda 2-4 dərəcə şaxta təşkil edir”.