XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

18 Yanvar 2019 - 09:07

İŞİD məsuliyyəti üzərinə götürdü –Rusiyada baş verən partlayışlara görə

İŞİD terror qruplaşması Rusiyada baş verən partlayışlara görə məsuliyyəti üzərinə götürüb.

Bu barədə silahlıların internetdəki aktivliyini izləyən “SITE Intelligence Group” məlumat yayıb.

Qeyd edilir ki, terrorçular tərəfindən nəşr edilən qəzetlərdən biri qruplaşmanın Maqnitoqorsk şəhərində yaşayış binasında, həmçinin bir gün sonra avtobusda törədilən partlayışa görə məsuliyyəti üzərinə götürdüyünü xəbər verib.

Qeyd edək ki, yanvarın 2-də Rusiyanın Maqnitoqorsk şəhərində çoxmərtəbəli yaşayış binasının girişinin uçması nəticəsində 37 nəfər ölüb.