XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

23 Fevral 2016 - 03:39

Türkiyədən Suriyada atəşkəs sazişinə dəstək –"Ümid edirik, razılaşmaya əməl olunacaq"

kurtulmus-1

 

Türkiyə Suriyada atəşkəs rejiminə dair sazişi dəstəkləyir.

 

Apa.az-ın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Baş nazirinin müavini Numan Kurtulmuş bəyan edib.

 

“Düşünürük ki, atəşkəsə nail olmaq mümkündür. Ümid edirik ki, əvvəlki anlaşmalardan fərqli olaraq, bu razılaşmaya əməl olunacaq”, – deyə N.Kurtulmuş bildirib.

 

Bununla belə hökumət rəsmisi deyib ki, Türkiyə öz sərhədlərini hər hansı təhdidlərdən qorumaq hüququnu özündə saxlayır.