XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

18 Yanvar 2019 - 11:00

SOCAR:“Dəniz özüllərində vəziyyət sabitdir”

“Dəniz özüllərimizdə vəziyyət sabitdir”

Bu barədə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) sosial şəbəkədə məlumat yayıb.

Bildirilib ki, hava şəraiti tədricən normallaşır: “Daha əvvəl təxliyyə edilmiş həmkarlar günün ikinci yarısından etibarən özüllərə qayıtmağa başlayacaq və fəaliyyətlərini adi qaydada davam etdirəcəklər”.

Qeyd edək ki, bu gecə dəniz özüllərində qasırğanın şiddəti 144 km/saat (40 m/saniyə) həddinə yüksəlib, bəzi yerlərdə dalğanın hündürlüyü 10 metrdən çox olub.