XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

18 Yanvar 2019 - 13:03

Gürcüstanda qripdən ölənlərin sayı artdı:18 nəfər

Gürcüstanın Zuqdidi Şəhər Xəstəxanasında 41 yaşlı kişi qrip virusundan ölüb.

Kimliyi açıqlanmayan həmin şəxs xəstəxanaya yanvarın 10-da çatdırılıb.

Pasiyentdə ikitərəfli pnevmoniya diaqnozu qoyulub. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Xəstənin ölümünə “donuz qripi” adandırılan A (H1N1) virusunun səbəb olmasını ekspertiza müəyyən edəcək.

Hazırda Zuqdidi Şəhər Xəstəxanasında qrip virusuna yoluxan beşi uşaq olmaqla 27 pasiyent müalicə olunur. Onlardan biri süni tənəffüs aparatına qoşulub.

Qeyd edək ki, bu günə qədər qonşu ölkədə A (H1N1) virusu 17 nəfərin ölümünə səbəb olub.   Report