XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

18 Yanvar 2019 - 17:21

Paşinyan Davosa gedir –Yanvarın 20-də yola düşəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan Davosda keçiriləcək Dünya İqtisadi Forumunda iştirak edəcək.

Bu barədə Nikol Paşinyan “Facebook” səhifəsində yazıb.

Ermənistan KİV-nin yaydığı məlumata görə, Ermənistanın Baş naziri Davos şəhərinə yanvarın 20-də gedəcək.

Bu il İsveçrənin Davos şəhərindəki Dünya İqtisadi Forumu yanvarın 22-25-də keçiriləcək.

Forum 1971-ci ildə yaradılıb. Dünyanın müxtəlif ölkələrindən, təxminən, 1000 iri şirkət və təşkilat onun üzvləri sırasında yer alır. /Report/