XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

23 Fevral 2016 - 08:13

Beynəlxalq Enerji Agentliyindən neft proqnozu –Gələn ilin sonundan artacaq, 80 dollar olacaq

neft-88

 

Beynəlxalq Enerji Agentliyi (IEA) xam neftin barrelinin qiymətinin 2020-ci ilə qədər 80 dollar olacağını proqnozlaşdırıb.

 

Hyustonda çıxış edən Beynəlxalq Enerji Agentliyi Rəhbəri Fatih Birol, istehsal artımında ləngimə və ehtiyatların qarşıdakı illərdə azalmağa başlaması ilə xam neft qiymətlərinin gələn ilin sonundan artmağa başlayacağını qeyd edib.

 

IEA, 2016-ci ildə orta hesabla neft qiymətlərinin 35 dollar/barel olmasını nəzərdə tutur. Qurumun neft bazarları departamentinin rəhbəri Neil Atkinson yaxın gələcək üçün 100 dollar səviyyəsini proqnozlaşdırmaq mümkün olmadığını qeyd edib.

 

Neft 2014-ci ilin ortasından bu yana 70%-dən çox düşüb. Qiymətin düşməsinə, Səudiyyə Ərəbistanının rəhbərliyi altında OPEC-in Şimali Amerika və digər istehsalçı ölkələrdən bazar payını geri almaq üçün kvotanı aşan hasilatı səbəb olub.

 

Bu gün də neft qiymətləri OPEC və Rusiyanın istehsalı "dondurmaq" məsələsində razılaşdığı üçün yüksəlib. Brent neftin barrel qiyməti 5.5% yüksələrək 34.82 dollar olub.