XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

18 Yanvar 2019 - 18:50

Zimbabvenin Prezidenti Azərbaycana işgüzar səfərə gəlib –FOTO  

Zimbabve Respublikasının Prezidenti Emmerson Mnanqaqva yanvarın 18-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

Strateq.az bildirir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Zimbabve Respublikasının Prezidenti Emmerson Mnanqaqvanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər qarşılayıblar.