XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

18 Yanvar 2019 - 20:04

Köçəryanın həbs müddəti uzadıldı –2 ay müddətinə

Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın həbs müddəti uzadılıb.

TASS-ın məlumatına görə, bu barədə Köçəryanın vəkili Aram Orbelian deyib.

“Məhkəmə onun həbs müddətinin 2 ay müddətinə uzadılması barədə qərar verdi. Əlbəttə, biz hesab edirik bu qərar ölkəmizin qanunları ilə ziddiyyət təşkil edir”, – deyə vəkil bildirib.

Xatırladaq ki, R.Koçaryan 2008-ci ildə konstitusiya quruluşunu zorakı yolla devirməkdə ittiham olunur.

Ötən ilin 27 iyulunda sabiq prezidentin həbsi barədə qərar verilib.