XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

19 Yanvar 2019 - 16:53

Millət vəkili:"Azərbaycanın daxili işlərinə qarışırlar"

Avropa Parlamenti qarşısında Azərbaycanın xüsusi bir öhdəliyi yoxdur.

Bu sözləri millət vəkili Fəzail Ağamalı deyib. O bildirib ki, Avropa Parlamentinin ölkəmizə qarşı qərəzli mövqe nümayiş etdirməsi ilk deyil:

“Bu hal vaxtaşırı təkrarlanır. Lakin bir neçə müddət öncə AP-nin münaqişələr olan ölkələr sırasına Azərbaycanı da əlavə etməsi Avropa İttifaqının ölkəmizə qarşı ədalətli mövqe nümayiş etdirməyə başlaması təsəvvürünü yaratmışdı. İndi bu cür qətnamənin meydana gəlməsi isə bir daha sübut edir ki, Avropa Parlamentinin antiazərbaycan qüvvələri öz mövqelərindən əl çəkməyib, təzyiq və təhdid kampaniyasını davam etdirməkdədirlər”.

Millət vəkili bildirib ki, Mehman Hüseynov konkret əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunub, istintaq gedir, bu istintaqın nəticəsində məhkəmə onun əməllərinə hüquqi qiymət verəcək:

“Lakin AP-də müzakirələr aparan deputatlar faktiki olaraq Azərbaycanın daxili işlərinə qarışır, eyni zamanda, Mehman Hüseynovla bağlı istintaqın gedişinin obyektiv aparılmasına maneçilik törədirlər”.

Millət vəkili vurğulayıb ki, Azərbaycan müstəqil dövlətdir və vətəndaşlarının hüquq və azadlıqlarını bütün istiqamətlərdə yüksək səviyyədə qoruyur:

“Bunu Avropa Parlamenti başa düşməlidir. Ölkəmizə qarşı qərəzli kampaniyaların aparıldığı göz önündədir. Hazırda Fransada nələrin baş verdiyini dünya görür. Bu ölkədə mitinqçilər kütləvi şəkildə həbsxanalara salınır, təhqir olunur, əzilir, tapdalanır. Avropa buna öz səsini çıxarmır, Fransaya qarşı hər hansı bir fikrini ifadə etmir. Ancaq Azərbaycanda bir nəfər törətdiyi əmələ görə istintaqa cəlb edilir, buna görə qətnamə çıxarılır. Bu baxımdan antiazərbaycan qüvvələrin ortaya qoyduğu bu qətnaməni lənətləyirəm. Hesab edirəm ki, belə qətnamələr Azərbaycanın beynəlxalq nüfuzuna təsir etmək gücündə deyil”.  Axar.az