XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

29 Aprel 2015 - 09:46

Arzu Əliyeva Hitlerlə bağlı film çəkdi – VİDEO

Heydər Əliyev Fondunun dəstəyi ilə istehsal olunan “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filminin mayın 4-də təqdimat mərasimi keçiriləcək.

Strateq.az azvision.az-a istinadən xəbər verir ki, ilk nümayiş Heydər Əliyev Mərkəzində təşkil olunacaq.

Faşizm üzərində Qələbənin 70 illik yubileyinə həsr olunan filmin baş prodüseri Arzu Əliyeva, prodüseri Lui Vodevil (Louis Vaudeville), rejissoru Robert Maqnerotdur (Robert Mugnerot). Filmin çəkilişləri Bakı Media Mərkəzi və Fransanın sənədli film istehsalı sahəsində tanınmış “Clarke Costelle&Co” (CC&C) prodakşn şirkəti tərəfindən aparılıb.

Heydər Əliyev Mərkəzindəki təqdimat mərasimindən sonra filmin mayın 8, 9-u və 10-da “National Geographic” kanalı vasitəsi ilə 26 ölkə üzrə nümayişi keçiriləcək.