XƏBƏR LENTİ

01 Dekabr 2020

Digər Xəbərlər

19 Yanvar 2019 - 22:42

İngiltərə Premyer Liqası:"Liverpul" və "Mançester Yunayted" qələbə qazanıb

Yanvarın 19-da İngiltərə Premyer Liqasında 23-cü turun növbəti oyunları keçirilib.

AZƏRTAC verir ki, turnir cədvəlinin lideri “Liverpul” doğma meydanda “Kristal Palas” komandası ilə üz-üzə gəlib. Görüş meydan sahiblərinin 4:3 hesablı qələbəsi ilə başa çatıb.

“Liverpul” hesabda geridə olsa da, Məhəmməd Salahın dublu, Roberto Firmino və Sadio Manenin qolları sahəsində qələbə qazanıb. Qonaqların heyətində Vilfield Zaha, Jeyms Tomkins və Maks Meyer fərqləniblər. Bu qələbədən sonra xalını 60-a çatdıran “Liverpul” liderliyi qoruyub saxlayıb. “Kristal Palas” isə 22 xalla 14-cü yerdə qərarlaşıb.

Digər maraq doğuran oyun “Old Trafford” stadionunda keçirilib. “Brayton” səfərdə “Mançester Yunayted” komandasının qonağı olub. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. “Qırmızı şeytan”lar Premyer Liqada ardıcıl 6-cı qələbəsini qazanaraq beşinci pilləyə yüksəlib. “Brayton” isə 26 xalla 13-cü yerdədir.