XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

20 Yanvar 2019 - 18:25

Suriyada gərginlik:Rusiya İsrail raketlərini məhv etdi

Suriyanın Hava Hücumundan Müdafiə Qüvvələri İsrail aviasiyasının hücumunu dəf edib.

Bu barədə SANA agentliyi informasiya yayıb.

Agentliyə məlumat verən hərbi mənbənin sözlərinə görə, düşmənə qarşıda qoyulan heç bir vəzifənin icrasına imkan verilməyib.

İsrail qırıcılarının Dəməşqin cənub-şərqində yerləşən Duvali hava limanı istiqamətində hücumunun qarşısının alınması zamanı “Pansir” və “Buk” komplekslərindən istifadə edilib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Rusiya istehsalı zenit raket kompleksləri 7 İsrail raketini zərərsizləşdirib. Hava limanının infrastrukturuna ziyan dəyməyib. Hadisə nəticəsində ölən və yaralılar olmayıb.  (Axar.az)