XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 January 2019 - 23:41

Şəhriyar Məmmədyarov Ananda məğlub oldu –Teymur Rəcəbov isə heç-heçə edib

“Tata Steel Masters-2019” turnirində şahmatçılarımız daha bir turu başa vurublar.

Strateq.az xəbər verir ki, növbəti partiyada azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov Hindistan şahmatçısı Vişvanatan Ananda məğlub olub, Teymur Rəcəbov isə hollandiyalı Yorden Van Forestlə heç-heçə edib.

Qeyd edək ki, dünya üçüncüsü olan şahmatçımız Ş.Məmmədyarov 8 turun altısını heç-heçə başa vurub, ikisindən məğlub ayrılıb. Digər təmsilçimiz T.Rəcəbov isə 1 oyunda qalib gəlib, qalan partiyaları heç-heçə başa vurub.

Səkkizinci turun oyunları davam edir.