XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

21 Yanvar 2019 - 22:01

Səməd Seyidov:"Azərbaycanın imicinə xələl gətirməyə çalışanlar var"

Mehman Hüseynovun işindən istifadə edərək Azərbaycana hücumlar edənlər, Azərbaycanın imicinə xələl gətirməyə çalışanlar var“.

Bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd SeyidovAŞPA-nın Strasburqda keçirilən qış sessiyası zamanı deyib.

“20 yanvar tarixində Mehman Hüseynov Azərbaycan Prezidentinə onun işinin obyektiv və ədalətli şəkildə həll edilməsi üçün müraciət edib. İnsan hüquqları müdafiəçiləri Mehman Hüseynova baş çəkiblər. 21 yanvar tarixində Azərbaycan Prezidenti Mehman Hüseynovun işinin obyektiv və ədalətli araşdırılması ilə bağlı tapşırıq verib“, – deyə S.Seyidov bildirib.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri bu məsələdə Azərbaycan tərəfi ilə əlaqəyə girərək məsələ ilə yaxından maraqlanan həmkarlarına, o cümlədən qurumun digər işçilərinə öz təşəkkürünü bildirib və bu cür ali qurum daxilində belə həssas məsələlərə emosiyalarla yox, ağılla yanaşılmasının əhəmiyyətini vurğulayıb.  (Report)