XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

23 Yanvar 2019 - 15:57

Həsən Ruhani:"ABŞ sanksiyalarından qürurla yayınırıq"

İran ABŞ-ın sanksiyalarından yayınaraq karbohidrogenlərini ixrac etmək üçün mövcud dolayı kanallardan yararlanır.

Bu barədə ölkə Prezidenti Həsən Ruhani bildirib.

“Karbohidrogen ixracatına gəlincə, bəxtimizdən neft satmaq üçün müxtəlif yollarımız var, onlardan hərtərəfli yararlanırıq. ABŞ sanksiyalarından qürurla yayınırıq”, – deyən dövlət başçısı bu sərt və qanunsuz sanksiyaların hansısa şəxslərə, şirkətlərə, yaxud dövlət təşkilatlarına yox, İran xalqına qarşı yönəldiyinin artıq bütün ölkələr şahidi olduğunu vurğulayıb.

Xatırladaq ki, 2018-ci il noyabrın 5-də ABŞ-ın İranın neft sektoruna sanksiyaları qüvvəyə minib. ABŞ Maliyyə Nazirliyinə görə, İranın cəmi 700-dən çox fiziki və hüquqi şəxsinə, o cümlədən gəmi və təyyarələrinə qarşı tətbiq edilən sanksiyalardan Çin, Hindistan, Yaponiya, Cənubi Koreya, Tayvan (Chinese Taipei), Türkiyə, Yunanıstan, İtaliya möhlət alıb.  (Report)