XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

23 Yanvar 2019 - 18:32

İrana gedənlərin sayı 71.8 faiz artıb- DSK ölkəyə gələnlər və gedənlərlə bağlı statistika açıqladı

2018-ci ildə Azərbaycana dünyanın 196 ölkəsindən 2 milyon 849.6 min xarici və vətəndaşlığı olmayan şəxs gəlib.

Strateq.az xəbər verir ki, bu barədə yanvarın 23-də Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.

Məlumatda bildirilir ki, bu, əvvəlki illə müqayisədə 5.7 faiz çoxdur. «Gələnlərin 30.9 faizi Rusiya, 21.4 faizi Gürcüstan, 10.2 faizi Türkiyə, 8.5 faizi İran, 3.3 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2.6 faizi Səudiyyə Ərəbistanı, 2.4 faizi İraq, 2 faizi Ukrayna, 1.4 faizi İsrail, 17.2 faizi digər ölkələrin vətəndaşları, 0.1 faizi isə vətəndaşlığı olmayan şəxslərdir», -məlumatda yazılıb.

DSK bildirir ki, 2018-ci ildə Körfəz ölkələrindən (Birləşmiş Ərəb Əmirlikləri və İran istisna olmaqla) gələnlərin sayında daha çox artım müşahidə edilib. 2017-ci illə müqayisədə Azərbaycana gələn Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 2.2 dəfə, Bəhreyn vətəndaşlarının sayı 2 dəfə, Küveyt vətəndaşlarının sayı 1.8 dəfə, Qətər vətəndaşlarının sayı 1.6 dəfə artıb: «İrandan gələnlərin sayında 33.7 faiz, Birləşmiş Ərəb Əmirliklərindən gələnlərin sayında isə 8.3 faiz azalma müşahidə edilib».

DSK-nın məlumatına görə, 2018-ci ildə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 6.7 faiz artaraq 112.5 min nəfər olub. MDB ölkələrindən gələnlərin sayı da 3.8 faiz artaraq 1 milyon 44.2 min nəfərə yüksəlib.

2018-ci ildə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayının da əvvəlki illə müqayisədə 19.5 faiz artaraq 4 milyon 908.1 min nəfərə çatdığı bildirilir: «Ölkə vətəndaşlarının 33.6 faizi İrana, 29.2 faizi Gürcüstana, 18.9 faizi Rusiya Federasiyasına, 12.3 faizi Türkiyəyə, 1.4 faizi Ukraynaya, 0.9 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 3.7 faizi isə digər ölkələrə səfər edib».

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayının 71.8 faiz, Gürcüstana gedənlərin sayının 4.2 faiz, Türkiyəyə gedənlərin sayının 0.9 faiz, Rusiya Federasiyasına gedənlərin sayının da 0.3 faiz artdığı vurğulanır.