XƏBƏR LENTİ

01 Dekabr 2020

Digər Xəbərlər

23 Yanvar 2019 - 21:27

“Qarabağ” üçüncü yoxlama görüşündə heç-heçə edib

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Qarabağ” komandası bu gün üçüncü yoxlama matçına çıxıb.

“Report”un məlumatına görə, rəqib Polşa “Pyast”ı olub. Belek qəsəbəsindəki “Gloria Sports Arena”da təşkil olunmuş görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Güclü yağış altında keçən qarşılaşmada hər iki qol ilk yarıda vurulub. 9-cu dəqiqədə “Pyast” hesabı açsa da, 15-ci dəqiqədə Araz Abdullayev bərabərliyi təmin edib.

“Qarabağ” və “Pyast” komandaları 2013-2014 mövsümündə Avropa Liqasının II təsnifat mərhələsində də üz-üzə gəliblər. Evdə 2:1 hesabı ilə qalib gələn Ağdam təmsilçisi səfərdə əsas vaxtda eyni hesabla uduzsa da, əlavə vaxtda vurduğu qolla mərhələ adlayıb.

Qeyd edək ki, daha əvvəl Macarıstan “Uypeşt”inə 0:1 hesabı ilə uduzan “Qarabağ” Çexiya “Bohemians”ını yenib – 3:1. Rumıniya “Botoşani”si ilə görüş isə əlverişsiz hava şəraiti ilə əlaqədar baş tutmayıb.