XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

24 Yanvar 2019 - 14:49

“Azərişıq”da daha bir idarə rəisi işdən çıxarıldı –Yeni təyinatlar oldu

“Azərişıq” ASC-nin Bakı regionunun Bağlar Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) rəisi Tahir Əliyev tutduğu vəzifədən azad edilib.

Onun yerinə Rasim Həsənov təyin edilib.

Həmçinin, “Azərişıq”ın Texniki departamentinə yeni direktor təyin edilib. Bu vəzifə əvvəllər həmin departamentdə Texniki idarənin rəisi işləmiş Qədir İsmayılova həvalə edilib.

Qeyd edək ki, “Azərişıq”ın Texniki departamentinin keçmiş rəisi Ziyəddin Quliyev “Azərenerji” ASC-yə vitse-prezident təyin edilib.

“Azərişıq”ın mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev “Report”a açıqlamasında faktı təsdiq edib.