XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

23 Fevral 2016 - 14:54

Xocalıya həsr edilmiş film və kitab təqdimatı dünya mediasında geniş işıqlandırılıb

xocali-3

 

Fevralın 18-də İsveçin paytaxtı Stokholm şəhərində “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində ABŞ və Litvanın birgə istehsalı olan, çoxsaylı mükafatlar qazanmış “Endless Corridor” (“Sonsuz dəhliz”) adlı müstəqil sənədli filmin nümayişi və “Khojaly Witness of a war crime – Armenia in the Dock” (“Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə”) kitabının təqdimatı haqqında məlumat beynəlxalq mediada böyük əks-səda doğurub.

 

Bildirildiyinə görə, anım gecəsi haqqında məlumat dünyanın 231 qlobal saytında – informasiya, mədəniyyət və biznes xəbərlərində, o cümlədən 76 milyondan artıq gündəlik oxucu auditoriyasının izlədiyi Yahoo Finance, Dow Jones Marketwatch, ABŞ-ın ümummilli televiziya kanalı CNBC, Boston Globe, The Street, International Business Times, Almaniyadakı Der Tagesspiegel and Wallstreet:Online, Fransanın ADVFN, İsveçin Gartoft kimi nüfuzlu internet resursları tərəfindən yayılıbr. Statistik nəticələrə görə, təqdimat haqqında informasiyanı 90 milyondan artıq internet istifadəçisi oxuyub.

 

Dərc olunmuş məqalələrin siyahısı ilə buradan tanış olmaq mümkündür:

Khojali Massacre Documentary Endless Corridor Premieres in Stockholm – 231 News Dissemination Results