XƏBƏR LENTİ

28 Yanvar 2021
27 Yanvar 2021

Digər Xəbərlər

24 Yanvar 2019 - 23:44

Asiya Kuboku:İran Çini darmadağın edərək yarımfinala çıxıb

Əbu-Dabinin (BƏƏ) “Məhəmməd Bin Zayed” stadionunda İran və Çin milli komandaları arasında futbol üzrə Asiya Kubokunun ¼ final oyunu keçirilib.

“Report” xəbər verir ki, görüş İran futbolçularının 3:0 hesablı qələbəsi ilə başa çatıb.

İran yığması bu qələbə sayəsində turnirin yarımfinal mərhələsinə vəsiqə qazanıb. Qonşu ölkə komandası bu mərhələdə Yaponiya millisi ilə qarşılaşacaq. Çin yığması turniri tərk edib.

İran-Yaponiya oyunu yanvarın 28-də keçiriləcək. Görüş Bakı vaxtı ilə 18:00-da başlanacaq.