XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

25 Yanvar 2019 - 10:34

Pompeodan Venesuela ilə bağlı maraqlı açıqlama:"İstənilən an tədbir görməyə hazırıq"

ABŞ Venesueladakı siyasi böhran fonunda öz vətəndaşlarının təhlükəsizliyinin təmin olunması üçün istənilən tədbiri görməyə hazırdır.

Bu sözləri ABŞ Dövlət katibi Mayk Pompeo deyib.

“Mən spekulyasiya etmək, ya da hipotetik vəziyyət yaratmaq istəmirəm. Vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək üçün mümkün olan hər şeyi etməyə hazırıq”, – Pompeo bildirib.

Onun sözlərinə görə, ABŞ-da Venesueladakı vəziyyətlə bağlı fəaliyyətləri koordinasiya edən 24 saat çalışan əməliyyat mərkəzi mövcuddur. (Axar.az)