XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

25 Yanvar 2019 - 14:41

Dmitri Peskov:"Maduro Putindən yardım istəməyib"

“Venesuelanın Prezidenti Nikolas MaduroRusiya Prezidenti Vladimir Putindən ölkədəki siyasi böhranla bağlı yardım istəməyib”.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov prezidentlər arasında sonuncu telefon danışığı barədə açıqlamasında deyib.

“Vladimir Putin yaranmış vəziyyətin ölkə konstitusiyası çərçivəsində həll edilməsini məsləhət görüb. Xaricdən dağıdıcı müdaxilə beynəlxalq hüquq normalarını kobud şəkildə pozur”, – deyə Rusiya Prezidenti venesuelalı həmkarına bildirib.

Qeyd edək ki, yanvarın 23-də Venesuela parlamentinin sədri Xuan Quaido müvvəqəti Prezident elan olunub.  (Report)