XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

25 Yanvar 2019 - 16:17

Milli Məclisin komitə sədri ilə nazir müavini arasında mübahisə:"Maraqlanmırsınız..."

“Büdcə müzakirələri zamanı bələdiyyələrlə bağlı bəzi problemlər qaldırıldı. Bəzi bələdiyyələrin hesabları dondurulub, bu məsələdə onlara Ədliyyə Nazirliyi də köməklik göstərməlidir. Sizin bu barədə heç məlumatınız yoxdur, necə kömək edəcəksiniz? Çünki siz maraqlanmırsınız…”

Bunu parlamentin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında komitə sədri Arif Rəhimzadə deyib.

Komitə sədri bildirib ki, bələdiyyələrə kömək etmək lazımdır: “Axı onların başqa təşkilatı yoxdur. Bəs onlara kim kömək etməlidir?”.

Ədliyyə nazirinin müavini Vilayət Zahirov deyib ki, təkliflər qanunvericiliyə salınmalıdır: “O zaman icra edərik. Siz onu qanunvericiliyə daxil etməsəz, biz onu necə icra edə bilərik? Burada hər hansı maneədən söhbət gedə bilməz”. (Report)