XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

29 Aprel 2015 - 12:33

AMEA-da yeni seçki: – Akademik-katiblər seçilib – ADLAR

AMEA-nın bu gün keçirilən illik ümumi yığıncağında akademiyanın akademik-katibi vəzifəsinə seçkilər keçirilib.

Strateq.az-a adıçəkilən qurumdan verilən məlumata görə, AMEA-nın akademik-katibi vəzifəsinə Fizika İnstitutunun direktoru Nazim Məmmədov seçilib.

Bundan başqa, Humanitar və İctimai elmlər bölməsinin akademik-katibləri seçilib. Belə ki, Humanitar elmlər bölməsinin akademik-katibi vəzifəsini Teymur Kərimli, İctimai elmlər bölməsinin akademik-katibi vəzifəsini Nərgiz Axundova, Yer elmləri bölməsinin akademik-katibi vəzifəsini Fəxrəddin Qədirov, Kimya elmləri bölməsinin akademik-katibi vəzifəsini Dilqəm Tağıyev, Fizika-riyaziyyat elmləri bölməsinin akademik-katibi vəzifəsini Nazim Məmmədov, Akademiyanın akademik-katibi vəzifəsini Rasim Əliquliyev, Gəncə bölməsinin rəhbər və akademik-katibi vəzifəsini isə Fuad Əliyev tutub.

Strateq.az