XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

27 Yanvar 2019 - 11:39

Yaponiya XİN:"Angela Merkel Yaponiyaya səfər edəcək"

Almaniya Kansleri Angela Merkel fevralın əvvəllərində Yaponiyaya səfər edəcək.

Yaponiya Xarici İşlər Nazirliyindən Azərtac-ın bu ölkədəki bürosuna verilən məlumata görə, fevralın 4-də başlayacaq səfər iki gün davam edəcək. Almaniya Kanslerinin İmperator Akihito və Baş nazir Şinzo Abe ilə görüşləri nəzərdə tutulur.

A.Markelin Ş.Abe ilə görüşü zamanı iki ölkə arasında əməkdaşlığın inkişafı, qlobal və regional proseslər barədə fikir mübadiləsinin aparılacağı gözlənilir.