Kosovonun diaspor nazirinin müavini Arian Daci Breziviça xizək mərkəzində qar uçqununun altında qalaraq, dünyasını dəyişib.
Qaynarinfo.az xəbər verir ki, onun cansız bədəni qarın altından çıxarılıb.
Mərkəzdən verilən məlumata görə, nazir müavinindən başqa, digər bir nəfər də qar uçqunu altında qalıb, lakin onlar sağ-salamat çıxarılıb.
Vəziyyətinin stabil olduğu bildirilir.