XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 April 2015 - 12:58

Saakaşvilidən Bakıda həbsi ilə bağlı sorğuya reaksiya: “Özünü biabır etdi”

Hazırda Bakıda səfərdə olan Mixail Saakaşvili Gürcüstan Baş Prokurorluğunun ekstradisiya olunması ilə bağlı Azərbaycan tərəfinə göndərdiyi sorğuya reaksiya verib.

Eks prezident bununla bağlı Gürcüstanın “İmedi” telekanalına açıqlama verib. Saakaşvilinin fikrincə, eks prezidentin ekstradisiyasını tələb etməklə Gürcüstan özünü biabır edib. Hazırda Ukrayna prezidentinin ştatdankənar müşaviri olan Saakaşvilinin sözlərinə görə, Gürcüstanın yeni hökuməti ölkə imicinə ziyan vurur və bu imicin bərpa olunması üçün çox vaxt lazım olacaq:

Bilmirəm bunu necə qaytaracağıq, lakin düşünürəm ki, bacaracağıq”.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Mixail Saakaşvili III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdədir(Qafqazinfo)