XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

28 Yanvar 2019 - 09:18

Maduro yenidən bəyanat verdi:"Mən müstəqilliyin qarantıyam"

Venesuela prezidenti Nikolas Madurobildirib ki, o, ölkədə sülhün və müstəqilliyin qarantıdır.

Məlumata görə, bu bəyanatı o, Karabobo ştatında Fuerte-Paramakay hərbi bazasındakı çıxışı zamanı verib.

“Mən sülhün, müstəqilliyin, hərbi və mülki güclərin ittifaqının zəmanətiyəm”, – deyə o bildirib.

Ölkə başçısı həmçinin əlavə edib ki, Venesuelada dövlət çevrilişi təşkil etməyə çalışıblar və bunu qiymətləndirməmək olmaz.

Daha əvvəl Venesuela lideri bildirib ki, onun amerikalı həmkarı Donald Tramp ABŞ-da “yalnız sərnişin”dir. (Report)