İraq Xarici İşlər Nazirliyi Türkiyənin Bağdaddakı səfiri Fatih Yıldıza TSQ-nin PKK-nı hədəf alan əməliyyatlarına görə narahatlıq duyduqlarını bildirib.
Səfir görüş zamanı türk ordusunun məhz PKK-nın xain hücumundan sonra bu əməliyyatı gerçəkləşdirdiyini söyləyib.
Fatih Yıldız bildirib ki, İraq Türkiyəni təxribata çəkən PKK-ya qarşı lazımı tədbirləri görməlidir.
“Əgər İraq bunu edə bilməsə, Türkiyə PKK-ya qarşı əlindən gələni edəcək”, – səfir bildirib.
Qeyd edək ki, bir qədər əvvəl Türkiyənin İraqın şimalında yerləşən hərbi bazasına PKK tərəfindən hücum təşkil edilib. Türk ordusu cavab olaraq İraqın şimalındakı terrorçu hədəflərini bombalayıb. (Axar.az)