Mən Gürcüstana əhalinin aktiv hissəsi və müxalifətin 72 saat ərzində ölkə ərazisində azad hərəkətimi təmin etməsindən sonra qayıdacağam.
Bunu Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili deyib. O, 72 saatın ona hökuməti devirmək üçün gərəkli olduğunu deyib.
Saakaşvili Gürcüstan hakimiyyətinin dəli vəziyyətində olduğunu bildirib. Eks-prezident Gürcüstanda hakimiyyətin faciəsiz, güc tətbiq etmədən və qurban olmadan neytrallaşdırmaq fikrində olduğunu söyləyib.
O, İvanişvilinin artıq “şəxsi düşməni” olduğunu deyib. (Axar.az)