XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

29 Aprel 2015 - 16:04

Peter Semnebinin adı “arzuolunmaz şəxslər” siyahısından çıxarılıb

Peter Semnebinin adı “arzuolunmaz şəxslər” siyahısından çıxarılıb

Avropa İttifaqının Cənubi Qafqaz üzrə sabiq xüsusi nümayəndəsi və hal-hazırda İsveçin Əfqanıstanda səfiri olan Peter Semnebi adının “arzuolunmaz şəxslər” siyahısından çıxarılması üçün Azərbaycan XİN-ə müraciət edib.

Bu barədə APA-ya Azərbaycan XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.
H. Hacıyev bildirib ki, məktubda Peter Semnebi Avropa İttifaqının xüsusi nümayəndəsi kimi vəzifə səlahiyyətlərini başa vurmaq ərəfəsində münaqişəni başa düşmək üçün qeyri-rəsmi əsasda işğal olunmuş ərazilərə səfər etdiyini yazıb. Səfər nəticəsində müşahidələrinin Azərbaycanın mövqeyi və narahatlıqları ilə üst-üstə düşdüyünü deyən P. Semnebi hüquqi baxımdan Azərbaycanın tərkib hissəsi olan əraziyə əvvəlcədən məlumat vermədən səfər etdiyinə görə təəssüflənib və üzrxahlığını ifadə edib.
P. Semnebinin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının “arzuolunmaz şəxslər” siyahısından çıxarılması barədə qərar qəbul edilib. Səfirin 28-29 aprel tarixlərində keçirilən III Bakı Qlobal Forumunda iştirakına icazə verilib.