XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

29 Yanvar 2019 - 18:27

Rəsulzadənin 135 ili ilə bağlı sərgi keçirilir

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan, görkəmli siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 135-ci ildönümü ilə bağlı sərgi təşkil edib.

Strateq.az-ın xəbərinə görə, sərgidə M.Ə.Rəsulzadənin özünün müəllifi olduğu və onun haqqında yazılmış, MEK fondlarında saxlanılan kitablar nümayiş etdirilir.

Onların sırasında M.Rəsulzadənin əsərlərindən olan “Məktublar. Şəfibəyçilik”, “Azərbaycan şairi Nizami”, “Qafqaz türkləri”, “Çağımızın Səyavuşu”, “Milli Birlik”, “Panturanizm. Qafqaz sorunu”, eləcə də ona həsr olunmuş “M.Ə.Rəsulzadə”, “Cümhuriyyət qurucuları” (Nəsiman Yaqublu), “M.Ə.Rəsulzadə və ana dilimiz” (Mətanət Fərzəliyeva), “M.Ə.Rəsulzadə (1884-1955)” (Aydın Balayev), “İstanbulda diplomatik görüşlər (1918-1919-cu illər)” (Əlimərdan Bəy Topçubaşov), “M.Ə.Rəsulzadə (biblioqrafiya)” və başqa kitablar yer alır.

Qeyd edək ki, sərgilənən kitablar Milli Rəqəmsal Yaddaş bazasında yerləşdirilib. Sərgi fevral ayının 8-dək davam edəcək.