XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

29 Aprel 2015 - 16:11

Bakıda 2 ay pulsuz Wi-Fi olacaq – Video

Bakıda keçiriləcək ilk Avropa Oyunlarının yayımı üçün seçilən peykdən biri “Azərispace 1” peykidir. Peykimiz bu oyunların yayımı üçün tam hazır vəziyyətdədir.

ANS TV-nin məlumatına görə, bu açıqlamanı rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov jurnalistələrə verib. Nazir həmçinin oyunlarla əlaqədar paytaxtın ictimai məkanlarında pulsuz “Wi-Fi”lara qoşulmaq mümkün olacağını da söyləyib:

“İctimai yerlərdə, bir çox parklarda, Olimpiya kəndində, eləcə də oyunların keçirildiyi bir sıra yerlərdə “Wi-Fi” sistemi istifadəyə veriləcək. Məhz bu “Wi-Fi”ların çox hissəsi əsasən operatorlar, provayderlər tərəfindən həyata keçiriləcək. Biz bunula bağlı onlara bir güzəşt təklif edirik ki, bu iki ay müddətində onlar bu xidməti pulsuz həyata keçirisinlər. İki aydan sonra isə onlar bu xidməti ödənişli olaraq həyata keçirə bilərlər”.