XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

30 Yanvar 2019 - 12:58

Əfqanıstan Prezidentinin ikinci müavini:"Vəzifəmi təhvil verməyəcəyəm"

Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qəni tərəfindən yanvarın 24-də istefaya göndərilən hökumətinin ikinci icraçı başçısı Hacı Məhəmməd Möhəkik vəzifəsini təhvil verməkdən imtina edib.

Onun vəzifədən çıxarılmasına səbəb Prezidentin keçmiş daxili işlər naziri Məhəmməd Hənif Atmarla bir blokda ikinci vitse-prezidentliyə qeydiyyatdan keçməsi olub.

M.Möhəkik razılaşmaya əsasən, milli uzlaşma hökluməti iş başında qaldıqca vəzifəsində qalmaq niyyətində olduğunu söyləyib.

Qeyd edək ki, seçki qanununa əsasən, har hansı dövlət vəzifəsinə namizədliyini irəli sürməzdən əvvəl nazir, nazir müavini və ya müşaviri, prezidentin müşaviri, əyalət valisi də daxil olmaqla bir sıra vəzifələrdə çalışan şəxslər işdən çıxmalıdır. (Report)